Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
SİA yerli mənbələrdən əldə etdiyi məlumata görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, 4 minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Hadisə yerinə polis, xilasetmə və təcili tibbi yardım briqadası cəlb olunub.
Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Hadisənin təfərrüatları barədə əlavə məlumat olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB