Moskvada, küçədə ölü tapılan 11 yaşlı qızın ölümünün təfərrüatları müəyyən edilir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, hadisə bir gün əvvəl paytaxt Moskvanın şimal-şərqində yerləşən Otradnoe rayonunda baş verib.
Belə ki, Otradnaya küçəsində yerləşən evin yaxınlığında məktəbli qızın meyiti tapılıb.
Hadisə yerinə polis çağırılıb. Hazırda qızın ölüm səbəbləri araşdırılır.
Qeyd edək ki, hüquq-mühafizə orqanlarının əməkdaşları uşağın intihar etməsi ehtimalını istisna etmirlər.
Onu da qeyd edək ki, bir müddət bundan əvvəl Moskva restoranlarından birinin tualetində 6 saatdan çox qalan kişinin cəsədi tapılmışdı.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB