Zaqatalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib - FOTOLAR
Oktyabrın 14-ü saat 10 radələrində Zaqatala rayonunun Aşağı Tala kəndi ərazisində Bayram Heydərovun idarə etdiyi “VAZ-2106” və Fikrət Əliyevin idarə etdiyi “VAZ-21011”markalı avtomobillər toqquşub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan SİA-ya verilən məlumata görə, nəticədə “VAZ-2106”dakı sərnişin, 1960-cı il təvəllüdlü Zaqatala şəhər sakini Bilalova Yeganə Məhərrəm qızı aldığı xəsarətlərdən hadisə yerində ölüb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan hər iki sürücü və “VAZ-2106” markalı avtomobildəki iki sərnişin - Gülnar Heydərova, eləcə də 2017-ci il təvəllüdlü bir azyaşlı xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı cinayət işi başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB