Göygöldə baş verən yol qəzasının təfərrüatı məlum olub

Göygöldə baş verən yol qəzasının təfərrüatı məlum olub

Yol qəzası İpək yolunun Göygöl rayonunun Üçtəpə kəndindən keçən hissəsində baş verib.

Qəzada xəsarət alanlar Goranboy sakinləri olub. Hadisə Şəmkir rayonundan işdən qayıdarkən baş verib.

18:45

Göygöl rayonunda 12 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, "Mercedes" markalı mikroavtobusla "VAZ" markalı minik avtomobili toqquşub.

Hadisə yerinə təcili tibbi yardım və yol polisi heyəti cəlb olunub. Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə