Hacıqabulda yataqxanada yanğın olub

Hacıqabulda yataqxanada yanğın olub

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Hacıqabul rayonunun Navahı qəsəbəsində ikimərtəbəli yataqxana binasında yanğın olması barədə ilkin məlumat daxil olub. Bu barədə SİA-ya FHN-dən bildirilib.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam edir.

Əlavə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə