...Rusiyanın Vladimir vilayətində bütöv bir ailə faciəvi şəkildə ölüb.
SİA-nın əldə etdiyi məlumata görə, valideynlər və onların iki övladı - iki və beş yaşlı oğlanlar mənzildə ölü tapılıblar.
Beləliklə. hadisə vilayətin Yuryev-Polski rayonunda yerləşən mənzildə baş verib.
Belə ki, evi basan tarakanlardan xilas olmağa çalışan evin 27 yaşlı qadın qohumundan kənd təsərrüfatında zərərli həşəratlara qarşı mübarizədə istifadə olunan alüminium fosfidi olan pestisid alıb.
Sonradan müəyyən edilib ki, kimyəvi maddənin mənzilin müxtəlif yerlərdə saxlanması fosforun uçucu hidrogen birləşməsindən zəhərlənməyə səbəb olub.
Deyilənlərə görə, “tarakan dərmanı”nı qadına verən qohum təqsirkar kimi həbs edilib.
Deyim ki, bir müddət əvvəl buna bənzər hadisə Moskvada da baş vermişdi. Amma orda valideynlər yox, iki azyaşlı qız zəhərlənmişdi.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB