Qəbələdə iki avtomobil toqquşub, sürücülərdən biri ölüb

Qəbələdə iki avtomobil toqquşub, sürücülərdən biri ölüb

Axşam saatlarında rayonun Mirzəbəyli kəndində ağır yol-nəqliyyat qəzası qeydə alınıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Qaraməryəm-İsmayıllı Şəki avtomobil yolunun Qəbələnin Mirzəbəyli kəndindən keçən hissəsində “Ford” markalı avtomobillə “VAZ-2107” markalı avtomobil toqquşub.

İkin məlumata görə, Qəbələ rayon sakini Hacıalı Zeynalovun idarə etdiyi “Ford” markalı avtomobilin Ağdaş rayon sakininin idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşması nəticəsində “Jiquli”nin sürücüsü ağır bədən xəsarətləri alıb.

Hadisə yerinə təcili tibbi yardım cəlb edilib. Həkimlərin səyinə baxmayaraq “Jiquli”nin sürücüsü xəstəxanaya aparılarkən keçinib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə