Azad edilmiş ərazilərdə daha 98 mina aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 98 mina aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (02.10.2023 - 08.10.2023) açıqlanıb.

ANAMA-dan SİA-ya verilən məlumata görə, Tərtər, Ağdam, Laçın, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 31 piyada əleyhinə mina, 67 tank əleyhinə mina, 1267 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 426,5 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə