Biləsuvarda yol qəzası olub - iki nəfər yaralanıb

Biləsuvarda yol qəzası olub - iki nəfər yaralanıb

Biləsuvar şəhərində baş verən qəzada iki nəfər xəsarət alıb. SİA-nın bölgə müxbiri xəbər verir ki, hadisə Biləsuvar şəhəri ərazisindəki dairəvi yolda baş verib. "OPEL" və “VAZ-2106" markalı nəqliyyat vasitələri qəza törədib. Nəticədə iki nəfər - 1990-cı il təvəllüdlü Əsgər Gülağa oğlu Quliyev və 2003-cü il təvəllüdlü Xəyal Şahin oğlu Qubadlı yüngül bədən xəsarətləri alıblar. Hər iki nəqliyyat vasitəsi ciddi deformasiyaya uğrayıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə