Sumqayıtda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.
SİA-nın əldə etdiyi məlumata görə, hadisə şəhərin 13-cü mikrorayonunun ərazisində, Babək küçəsində qeydə alınıb. Qəza nəticəsində “Mercedes” markalı avtomobil yolu keçən 1948-ci il təvəllüdlü Orucov Şirin Səfəralı oğlunu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Sürücü hadisə yerindən qaçıb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB