Oktyabrın 7-də, şənbə günü axşam Çelyabinskdə təqaüdçü vilayət hərbi komissarlığının binasını yandırmağa cəhd edib. Hadisə saat 18:00 radələrində Zvillinqa küçəsində baş verib.
SİA-nın əldə etdiyi məlumata görə, rus qadın qapının altına “Molotov kokteyli” atıb.
Qadının hərəkəti yol polisi əməkdaşlarının diqqətindən yayınmayıb.
Və onlar dərhal cavab verib yanğını söndürdüblər r və yaşlı vətəndaşı saxladılar.
“74.RU” xəbər verir ki, hadisə videoya çəkilib. Nəşrin məlumatına görə, həbs edilən rusiyalı qadının 68 yaşı var. Dindirmə zamanı o, hüquq-mühafizə orqanlarına bildirib ki, “FSB əməkdaşları” onu hərbi komissarlığı yandırmağa məcbur ediblər. Məlum olub ki, təqaüdçü bir neçə gündür fırıldaqçılar tərəfindən qanunsuz işlərə sövq edilib. Cinayətkarlarla əlaqə messencerlərdən biri vasitəsilə həyata keçirilib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB