Gədəbəydəki qəzanın təfərrüatları məlum olub. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov SİA-ya bildirib ki, Gədəbəy Rayon Polis Şöbəsinə rayon ərazisində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.
Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar zamanı məlum olub ki, Bakı şəhər sakini Orxan Allahverdiyevin idarə etdiyi Nissan markalı avtomobilin aşması nəticəsində avtomobildə olan sərnişinlər - Bakı şəhər sakinləri, 1997-ci il təvəllüdlü Rasim Gülmmədov və 2003-cü il təvəllüdlü Əli Süleymanlı ölüb, sürücü isə müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB