ANAMA vətəndaşlara xəbərdarlıq edib

ANAMA vətəndaşlara xəbərdarlıq edib

Ötən gün Tərtər rayonunun Həsənqaya kəndi yaxınlığında minaya düşən Həsənov Zaməddin Qəzənfər oğlunun hər iki ayağı amputasiya edilib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, piyada əleyhinə minanın partlayışı nəticəsində rayonun Həsənqaya kənd sakini 1986-cı il təvəllüdlü Həsənov Zaməddin Qəzənfər oğlu xəsarət alıb. Xəsarət alan şəxsinin hər iki ayağı amputasiya edilib.

ANAMA bir daha vətəndaşları məsuliyyətli olmağa və təhlükəli ərazilərə daxil olmamağa çağırır. Təhlükəli ərazilərdə hər bir addım ölümcül fəsadlar törədə bilər. Aşağıdakı tövsiyyələrə riayət edərək mina təhlükəsi ilə mübarizə fəaliyyətinə dəstək olaq:

• Təhlükəli və bələd olmadığınız ərazilərə daxil olmayın!

• Yalnız gündəlik işlək yollardan istifadə edin!

• Yolda və ya cığırda olan maneələrdən ehtiyatlı olun!

• Naməlum əşyalara toxunmayın!

• Özünüzü, ailənizi, yaxınlarınızı düşünün!

Bütün xəbərlər Facebook səhifəmizdə