Ələt-Astara yolunda xəsarətlə nəticələnən qəza olub

Ələt-Astara yolunda xəsarətlə nəticələnən qəza olub

Ələt-Astara avtomobil yolunda xəsarətlə nəticələnən yol qəzası baş verib. SİA xəbər verir ki, hadisə zamanı minik avtomobili maneəyə çırpılıb.

Qəza nəticəsində Vasif Mirzəyev və Nəcmin Mirzəzadə xəsarət alıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə