Masallıda ticarət mərkəzində baş verən yanğın söndürülüb

Masallıda ticarət mərkəzində baş verən yanğın söndürülüb

Bu gün saat 15:30 radələrində Masallı şəhərində ikimərtəbəli “Sərfəli” Ticarət Mərkəzində baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Cənub Regional Mərkəzinin qüvvələri tərəfindən söndürülüb.

Hazırda yanğının başvermə səbəbləri araşdırılır.

16:20

Yanğın hadisəsi bu gün saat 15:30 radələrində Masallı şəhəri 20 Yanvar küçəsində yerləşən ikimərtəbəli “Sərfəli” Ticarət Mərkəzində baş verib.

Hazırda ərazidə yanğının söndürülməsi yönündə işlər aparılır.

Yanğının başvermə səbəbi hələlik bilinmir.

15:57

Masallı rayonunda yerləşən və “Köhnə bazar” kimi tanınan ticarət mərkəzində güclü yanğın başlayıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası cəlb edilib.

Hadisə barədə əlavə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə