Binəqədidə 65 yaşlı qadını avtomobil vurub

Binəqədidə 65 yaşlı qadını avtomobil vurub

Bakının Binəqədi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, avtomobil yolu keçən 1958-ci il təvəllüdlü Rəhilə Əhməd qızı Əliyevanı vurub.

Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə