Şabranda fermada yanğın olub

Şabran rayonunda yanğın baş verib.

SİA xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Çayqaraqaşlı kəndində ümumi sahəsi 76 m² olan fermanın və bitişik sahəsi 32 m² olan tikilinin dam örtüyünün yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə