Mahaçqalada kompüter klubunda dava və atışma baş verib. Bir nəfər xəsarətlə xəstəxanaya çatdırılıb. Faktla bağlı cinayət işi açılıb.
SİA-nın əldə etdiyi məlumata görə, Mahaçqalada kompüter klubuna yeni gələnlər dava salıb. Deyilənlərə görə, davaya bina daxilindəki səs-küy səbəb olub.
Belə ki, yeni gələnlər kluba daxil olandan sonra orada, necə deyərlər, “ağız deyəni qulaq eşitməyib”.
Gələnlərə edilən iradlar da sonda dava ilə bitib. Belə ki, dava klubdan kənarda da davam edib və yeni gələnlərə dostlarını köməyə çağırıblar.
Və onlardan biri silahı çıxarıb atmağa başlayıb. Bir nəfəri yaralayan silahlının yaxalandığı deyilir.
Zərərçəkmiş xəstəxanaya çatdırılıb. Faktla bağlı cinayət işi açılıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB