Keniyada safari zamanı turist fil tərəfindən tapdalanıb

Keniyada safaridə olarkən filin hücumuna məruz qalan ispaniyalı turist yaralanıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Ultima Hora” yayıb.

Beləliklə, Mayorkadan olan Eli Fernandez bal ayı üçün Keniyaya gəlib. Sentyabrın 20-də əri ilə birlikdə Elatia Mara düşərgəsində istirahət edən zaman otel işçisi onlara yaxınlaşaraq dayanacaqda vəhşi heyvanların gəzdiyini deyib. O, turistlərə onlara daha yaxşı baxmaq üçün yaxınlaşmağı tövsiyə edib.

…Mən təpəyə qalxan kimi bir fil ailəsini gördüm və onlardan biri dərhal bizə tərəf qaçdı. Bu vaxt qızlardan biri yıxıldı və heyvan onu tapdalamağa başladı. Fil turisti bir neçə dəfə ayaqlasa da, amma o, sağ qalıb.

…Sinəmdə, sol böyrəyimin nahiyəsində ağrılar var. Hər yerimdə qabar və qançırlar var, - deyə ispaniyalı şikayətlənib.

Eyni zamanda qız, yüngül xəsarətlərlə xilas olmaq üçün çox şanslı olduğunu da etiraf edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə