Sverdlovsk vilayətinin məhkəməsi beş qadını boğaraq öldürən Kamensk-Uralskidən olan manyak haqqında hökm çıxarıb.
Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsinin mətbuat xidmətinin məlumatına görə, cinayətkar 2023-cü ilin fevralında saxlanılıb. Onun bir sıra qətllərdə əli olduğu 20 ildən sonra DNT profili, cinayətlərin əl yazısının şəxsiyyəti və eyni yer sayəsində müəyyən edilib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Kamensko-Uralski sakini 2000-ci ilin aprel-may, 2001-ci ilin mart, 2005-ci ilin sentyabr və dekabr aylarında azyaşlı qızı eləcə də daha dörd qadını qətlə yetirib.
Müstəntiqlər tərəfindən müəyyən edilib ki, manyak bütün qurbanlarını onların öz paltarları ilə boğaraq öldürürmüş. İstintaq Komitəsi qeyd edib ki, o zaman DNT profilinin quraşdırılması texnologiyası olmadığından cinayətkarı müəyyən etmək mümkün olmayıb.
İndi isə... məhkəmə həbs etdiyi qatilin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkmək üçün 17 il müddətinə azadlıqdan məhrum edib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə