Bakıda avtomobil piyadanı vuraraq öldürüb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən SİA-ya verilən xəbərə görə, hadisə bu gün səhər saat 7 radələrində Suraxanı rayonu ərazisində, yerüstü piyada keçidinin altında qeydə alınıb.
Mehdizadə Elşən Mirzəli oğlunun idarə etdiyi “Toyota Prius” markali avtomobil 57 yaşlı Əliyev Polad Qaçay oğlunu vurub. Nəticədə o, hadisə yerində ölüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB