Xaçmazda narkotik satan dəstə üzvləri saxlanılıblar

Xaçmazda narkotik satan dəstə üzvləri saxlanılıblar

Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşları narkotik vasitələrin əldə edilməsi, daşınması, qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan rayon sakinləri Rəvan Seyidov, Sevcan Zayumova və Humay Məmmədovanı saxlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan SİA-ya verilən məlumata görə, həmin şəxslərin üzərlərinə və yaşadıqları evlərə baxış keçirilən zaman külli miqdarda heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Rəvan Seyidovun barəsində həbs, daha iki qadından birinin barəsində ev dustaqlığı, digəri barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə