Moskvada mənzillərdən birində bıçaq xəsarətləri alaraq ölən iki kişinin meyitini tapıblar. Paytaxt prokurorluğundan verilən məlumata görə, Marşal Zaxarov küçəsindəki binalardan birində mənzildə dəhşətli “tapıntı” aşkar edilib.
SİA-nın əldə etdiyi məlumata görə, istintaq zamanı əməliyyatçılar iz əsasında qatil olduğu ehtimal edilən şəxsi saxlayıblar.
Qeyd edilir ki, o öldürdükləri ilə yaxın dost olub.
İstintaqın məlumatına görə, mənzildə xudmanı bir spirtli içki məclisi qurulubmuş.
Sonradan dostlar arasında mübahisə yaranıb və doatlardan biri əsəbləşərək bıçağa əl atıb.
...Və əsəbi halda iki dostunu bıçaqlayıb.
Verilən məlumata görə,1961-ci il təvəllüdlü şübhəli artıq həbsdədir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB