İspaniyanın cənub-şərqindəki Mursiya şəhərindəki gecə klubunda baş verən yanğın nəticəsində 13 nəfər ölüb.
SİA APA-ya istinadən xəbər verir ki, bu barədə regional fövqəladə hallar xidməti məlumat yayıb.
Alovun söndürülməsi üçün bir neçə yanğınsöndürmə briqadası cəlb edilib. Hadisə nəticəsində 4 nəfər yaralanıb.
“La opinión de Murcia” qəzetinin yazdığına görə, yanğın qısaqapanma nəticəsində baş verib.
Mursiyada 3 günlük matəm elan edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB