Suraxanıda üç yaşlı uşağı avtomobil vurub

Suraxanıda üç yaşlı uşağı avtomobil vurub

Bakının Suraxanı rayonunda 3 yaşlı uşaq yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. SİA xəbər verir ki, 2020-ci il təvəllüdlü S.Mirzəyev binanın həyətində oynayarkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə