Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 360 m² olan birmərtəbəli soyuducu təmiri sexində sahəsi 20 m² olan mətbəx və ofis otağının yanar konstruksiyaları yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya bildirilib ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən sexin içərisində hər birinin həcmi 5 litr olan 3 ədəd freon, 1 ədəd həcmi 20 litr olan məişət qaz balonu təhlükəsiz əraziyə çıxarılıb.
Sexin qalan hissəsi və bitişik sexlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB