Amasiyada sərnişin avtobusu aşdı: 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Amasiyada sərnişin avtobusu aşdı: 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Türkiyənin Amasiya şəhərinin Merzifon rayonunda sərnişin avtobusunun aşması nəticəsində ilkin məlumata görə, 6 nəfər ölüb, 35 nəfər yaralanıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Ankaradan Tokat istiqamətində hərəkət edən "Erova" şirkətinə məxsus sərnişin avtobusu sürücünün idarəetməni itirməsi nəticəsində aşıb.

Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə