İtaliyada 177 nəfərin olduğu gəmi-bərəsində yanğın baş verib

İtaliyada 177 nəfərin olduğu gəmi-bərəsində yanğın baş verib

İtaliyada 177 nəfərin olduğu “Cossyra” adlı gəmi-bərəsində yanğın olub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, ölkənin cənubundakı Lampeduza adasından Siciliya adasının Porto Empedokl limanına gedən gəminin mühərrik otağında yanğın baş verib. Yanğına İtaliya sahil mühafizə xidmətinin yanğınsöndürən gəmisi ilə müdaxilə edilib.

Gəmidə 27 ekipaj üzvü və 150 sərnişin olub. Sərnişinlərdən 83-nün immiqrant olduğu bildirilir.

Bütün sərnişinlər İtaliya sahil mühafizə xidmətinin patrul gəmisi tərəfindən xilas edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə