Bir qrup erməni ABŞ-də keçirilən konfransda Azərbaycan və Türkiyəyə qarşı təhqirlər səsləndirib - FOTOLAR

Bir qrup erməni ABŞ-də keçirilən konfransda Azərbaycan və Türkiyəyə qarşı təhqirlər səsləndirib - FOTOLAR

ABŞ-nin Los Anceles şəhərində “Türkiyənin xarici siyasətində xalq diplomatiyasının rolu” adlı konfransda Azərbaycan və Türkiyəyə qarşı təxribat olub. SİA xəbər verir ki, bir qrup erməni Azərbaycanın Los Anceles şəhərindəki konsulu Ramil Qurbanovu və Türkiyə təmsilçilərini hədəf alaraq Azərbaycan və Türkiyə əleyhinə təhqirlər səsləndirib.

Təxribat təxminən 10 dəqiqə davam edib.

Polis və təhlükəsizlik əməkdaşlarının köməyi ilə təxribatçılar iclas salonundan çıxarılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə