Lənkəranda avtomobil 76 yaşlı kişini vurub

Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SİA-nın əldə etdiyi məlumata görə, qəza Lənkəran şəhərinin Zərifə Əliyeva küçəsində qeydə alınıb. Belə ki, nəqliyyat vasitəsi Lənkəran şəhərinin Heydər Əliyev prospektində qeydiyyatda olan 1947-ci il təvəllüdlü İslahat Allahverdi oğlu Quliyevi vurub.

Əraziyə dərhal Təcili Tibbi Yardım Briqadası cəlb olunub və ağır xəsarət alan yaşlı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardım göstərildikdən sonra İ.Quliyev reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə