Bakı-Quba yolunda iki yük maşını toqquşub...

Bakı-Quba yolunda iki yük maşını toqquşub...

Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə magistralın Siyəzən rayonu ərazisində qeydə alınıb. Əks istiqamətə çıxan "TIR"la "Ford" markalı yük avtomobili toqquşub. Qəza nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə