Çürük kartof iki nəfərin ölümünə səbəb olub...

Çürük kartof iki nəfərin ölümünə səbəb olub...

Vladivostokda iki nəfərin, ehtimal ki, çürük kartofun dumanından ölməsi araşdırılır. SİA-nın əldə etdiyi məlumata görə, Rusiya Federasiyasının Primorsk ərazisi üzrə İstintaq Komitəsinin mətbuat xidməti xəbər verir ki, onlar qarajın zirzəmisində ölü tapılıblar.

Ötən çərşənbə axşamı, sentyabrın 26-da Qulbinoviç küçəsində yerləşən zirzəmidə 30 yaşlı kişilərin cəsədləri aşkar edilib.

Cəsədlər aşkar edildikdən sonra müstəntiqlər ölümə səbəb olan bütün halları müəyyən etmək üçün araşdırmaya başlayıblar. Sonradan məlum olur ki, qarajın zirzəmisində çürümüş kartoflar olub və kişilər onların dumanını ciyərlərinə çəkiblər.

Qeyd edək ki, bundan əvvəl Moskvada 12 yaşlı iki oğlanın spirtli içkidən zəhərləndiyi bildirilirdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə