Sürücü və onun sevgilisinin meyiti taksidə tapılıb

Sürücü və onun sevgilisinin meyiti taksidə tapılıb

Moskvanın şərqində taksi maşınında kişi və qadın cəsədi tapılıb.

SİA-nın əldə etdiyi məlumata görə, Moskva prokurorluğunun mətbuat xidməti xəbər verir ki, şəhərin İzmailovski proezdində 26 yaşlı taksi sürücüsü və onun 23 yaşlı sevgilisinin cəsədləri taksi maşınının arxa oturacağında aşkar edilib. Meyitlərdə zorakılıqla ölümə dair heç bir xarici əlamət yoxdur.

Qeyd edək ki, meyitləri ilk tapan taksi sürücüsünün qardaşı olub. Hadisə ilə bağlı məhkəmə-tibb ekspertizasının aparılacağı araşdırmaya başlanılıb.

“İzmailovo rayonlararası prokurorluğu hadisənin bütün hallarının müəyyən edilməsinə nəzarət edir”.

Bu nəzarət agentliyinin açıqlamasında deyilir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə