Sankt-Peterburqda bıçaqla silahlanmış miqrant 15 dəqiqə arasında iki nəfərə bıçaqla hücum edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, ilk insident sentyabrın 25-də səhər saatlarında Liqovski prospektindəki evlərdən birinin yaxınlığında qeydə alınıb. Belə ki, hücum edən şəxs bıçaqla kişinin boynuna zərbələr endirib.
15 dəqiqə sonra isə Prilukskaya küçəsində o, Sankt-Peterburq Dövlət İqtisad Universitetinin birinci kurs tələbəsi olan 18 yaşlı gənci boyun nahiyəsindən yaralayıb.
Hər iki yaralı Mariinski şəhər xəstəxanasına çatdırılıb. Həkimlər ilk zərərçəkənin vəziyyətini orta ağır qiymətləndirib, tələbənin vəziyyəti isə qənaətbəxş olduğu üçün o evə buraxılıb.
Sonradan hücum edənin 38 yaşlı qonşu ölkələrdən birinin vətəndaşı olduğu üzə çıxıb. Polis hadisə ilə bağlı cinayət işi açıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə