Bərdədə çoxmənzilli yaşayış binasında partlayış olub.
SİA-nın məlumatına görə, hadisə Bərdə rayonunda, keçmiş məcburi köçkünlər üçün salınmış şəhərcikdə yerləşən 866 saylı binadakı mənzildə qeydə alınıb. Hadisə nəticəsində ev sahibi və arvadı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə