Cəlilabad rayonunun Qarazəncir kəndi ərazisində ağır yol qəzası baş verib.
SİA-nın əldə etdiyi məlumata görə, "Mercedes" markalı minik avtomobili "KamAZ" markalı yük avtomobilinə çırpılıb.
İlkin məlumata görə, qəza nəticəsində minik avtomobilinin sürücüsü, 1991-ci il təvəllüdlü Həbiyev Elşən Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Lakin həkimlərin səyinə baxmayaraq, yanıq xəsarətlərindən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB