...Omsk vilayətində üçlü qətl hadisəsi baş verib. Rusiya İstintaq Komitəsinin bölgə üzrə istintaq orqanlarının məlumatına görə, Lyubino fəhlə kəndinin 34 yaşlı sakini iki azyaşlı uşağını və həyat yoldaşının qardaşını öldürüb.
SİA-nın əldə etdiyi məlumata görə, həmin şəxsin onları ov tüfəngi ilə vurduğu, daha sonra isə özünə qəsd etdiyi bildirilir. Faciə boşanma tələb edən 30 yaşlı arvadı ilə mübahisə etdikdən sonra baş verib - proses 6 aydan çox davam edib. Qadının özü və daha iki uşağı evdən qaçaraq hadisə barədə polisə məlumat verə bilib.
Müstəntiqlərin fikrincə, şübhəli şəxs əvvəlcə həyat yoldaşını yenidən birlikdə yaşamağa dəvət etsə də, rədd cavabı alıb.
Qəzəblənən “kişi” ov tüfəngini götürərək əvvəlcə arvadının qardaşını, sonra üç yaşlı oğlunu və daha sonra hasarın arxasında gizlənən beş yaşlı oğlunu güllələyib.
Daha sonra o, intihar edib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB