Cəlilabadda baş verən qəzada iki nəfər xəsarət alıb

Cəlilabadda baş verən qəzada iki nəfər xəsarət alıb

Cəlilabad rayonunda baş verən qəzada xəsarət alanlar var. SİA xəbər verir ki, Cəlilabad şəhərinin Cavadxan küçəsində yol-nəqliyyat hadisəsi baş alınıb.

"VAZ-2106" markalı avtomobil "Mercedes" markalı minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində Cəlilabad rayon sakinləri, 1987-ci il təvəllüdlü Fərrux Məmmədov və 2001-ci il təvəllüdlü Vüsal Abdullayev xəsarət alıblar. Xəsarət alanlar rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə