Yevlax sakinindən 2 kq-dan artıq marixuana götürülüb - FOTO

Yevlax sakinindən 2 kq-dan artıq marixuana götürülüb - FOTO

Bərdə Rayon Polis Ṣöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən ṣəxs saxlanılıb DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan SİA-ya verilən məlumata görə, polis əməkdaşlarına daxil olmuş məlumat əsasında keçirilən tədbirlərlə narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən Yevlax rayon sakini Teymur Əkbərov saxlanılıb. Onun əlində olan sellofan torbaya baxış zamanı 2 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə