Gəncə şəhərində ümumi sahəsi 80 m² olan birmərtəbəli 2 otaqlı evin dam örtüyünün taxta atmaları 30 m² sahədə yanıb, yüksək temperaturdan hamam otağının lambirdən ibarət tavanı 4 m² sahədə əriyib.
SİA xəbər verir ki, bu barədə Fövqəladə hallar Nazirliyi məlumat yayıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB