Bakıda “Opel” yanıb, xəsarət alan var

Bakı şəhərinin Qaradağ rayonunda “Opel” markalı minik avtomobilinin mühərrik hissəsi və salonu qismən yanıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə FHN-dən bildirilib.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə