Moskva vilayətində yeyib içmək bir nəfərin öldürülməsi ilə başa çatıb. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, 53 yaşlı qadın şübhəli bilinərək saxlanılıb.
İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsinin mətbuat xidməti xəbər verir ki, hadisə sentyabrın 15-də Pavlovski Posaddakı mənzildə baş verib.
Belə ki, bir yerdı yeyib içən kişi ilə qadın arasında münaqişə baç verib və bu zaman qadın (?) mətbəx bıçağı ilə partnyorunun sinəsindən azı 3 dəfə bıçaqlayıb.
Həmin şəxs aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
İstintaq Komitəsi əlavə edib ki, qadın törətdiyi cinyəti boynuna almasa da, hələ də qətldə ittiham olunmaqdadır.
Cinayət işinin istintaqı çərçivəsində cinayət silahı götürülüb, şahidlər dindirilib.
Yeri gəlmişkən, bir müddət bundan əvvəl Leninqrad vilayətində qadın yeniyetmə oğlunu bıçaqlayıb, ərini isə bir qətlə yetirmişdi.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə