FHN əməkdaşları intihara cəhd edən şəxsi xilas edib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, 1 nəfərin Abşeron rayonu, Xırdalan şəhərində avtomobil yolunda yerləşən yerüstü piyada keçidinin üzərinə çıxaraq intihara cəhd etməsi barədə məlumat daxil olub. SİA xəbər verir ki, məlumatla əlaqədar dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər vətəndaşla yaxın məsafədən psixoloji söhbət aparmaqla yanaşı xilasetmə yastığı açaraq, zəruri təhlükəsizlik tədbirləri görüblər.

FHN-in xilasediciləri tərəfindən aparılan psixoloji söhbət nəticəsində vətəndaş intihar etmək fikrindən daşındırlıb.

Bütün xəbərlər Facebook səhifəmizdə