Yevlaxda zəncirvari yol-nəqliyyat qəzası baş verib

Yevlax rayonunda 3 nəqliyyat vasitəsinin iştirakı ilə yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var. SİA xəbər verir ki, hadisə nəticəsində "VAZ-2107", "Renault" və traktor toqquşub.

Nəticədə Şəmkir rayon sakini, 1981-ci il təvəllüdlü N.İsmayılov və azyaşlı xəsarət alıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə