Zaqatalada yol qəzasında piyada ölüb

Zaqatala rayonunda baş verən yol qəzasında piyada ölüb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, sentyabrın 22-si saat 13 radələrində Zaqatala rayonunun Yuxarı Tala kəndi ərazisində Ucal Şabanov idarə etdiyi “VAZ-2109” markalı avtomobil ilə yolu keçən piyada, 1952-ci il təvəllüdlü Əhmədov Məmmədvəli Əhməd oğlunu vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə