Moskva vilayətində fərdi yaşayış evində baş verən güclü yanğın nəticəsində iki nəfər həlak olub.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, hadisə ötən cümə axşamı günortadan sonra, Kaşira şəhər rayonunun Novoselki kəndində baş verib.
Belə ki, fərdi yaşayış evində baş verən yanğın 100 kvadratmetrdən çox ərazini əhatə edib.
Qeyd edilir ki, yanğını söndürən xilasedicilər iki nəfərin meyitini aşkar ediblər.
Onların 69 yaşlı təqaüdçü və iki yaşlı qız olduğu üzə çıxıb. Hazırda ölümlə nəticələnən yanğının səbəbi müəyyənləşdirilir.
Bu fakta əsasən, Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsinin istintaq orqanları cinayət işi açıb. İlkin məlumata görə, yanğına səbəb yanma məhsulları ilə düzgün davranmamaq olub.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə