Sabunçuda 12 min manatlıq mühərrik oğurlanıb

Sabunçuda 12 min manatlıq mühərrik oğurlanıb

Bakının Sabunçu rayonunda oğurluq olub.

DİN-dən SİA-ya verilən xəbərə görə, Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində sentyabrın 16-na keçən gecə Bakı şəhər sakini S.Şabanova məxsus beton kəsən aparatın 12000 manat dəyərində mühərrikini oğurlamaqda şübhəli bilinən Hacıqabul rayon sakini Sərxan Müslümov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə