Gəncədə minik avtomobili aşıb, xəsarət alanlar var

Gəncədə minik avtomobili aşıb, xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin girişində Gəncə Qapılarının yaxınlığında qeydə alınıb. Hərəkətdə olan "VAZ-21015" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarına aşıb.

Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəsarət alanlar sürücü, Bakı şəhər sakini 1980-ci il təvəllüdlü Ramin Məmmədov, sərnişinlər - Kürdəmir rayon sakini 1966-ci il təvəllüdlü Vəfa Seyidova və Ağdaş rayon sakini 1985-ci il təvəllüdlü Elşad Nəbiyevdir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə