Xocavənddə müxtəlif növ mərmi və patronlar aşkar edilib - FOTO

Xocavənddə müxtəlif növ mərmi və patronlar aşkar edilib - FOTO

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər zamanı Zoğalbulaq kəndi ərazisindən 60 ədəd müxtəlif növ mərmi və 26 ədəd patron aşkar edilib. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Qeyd olunub ki, müxtəlif növ mərmi və patronlar aidiyyəti üzrə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə