Moskvanın şimal-şərqində yerli qadın qarət olunmaqla yanaşı, həm də zorlanıb.
SİA-nın əldə etdiyi məlumata görə, İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin mətbuat xidməti xəbər verir ki, hücumda şübhəli bilinən Tacikistan əsilli şəxs saxlanılıb.
Qeyd edilir ki, hadisə ötən cümə günü, sentyabrın 15-də paytaxt meydanlarından birində baş verib.
Miqrant tanımadığı qadınla içki içib, daha sonra onu zorlayıb və bel çantasından şəxsi əşyalarını oğurlayıb. Bir gün sonra qadına təcavüz edən şəxs saxlanılıb.
Yaxın vaxtlarda onun barəsində cinayət işi açılacaq və barəsində həbs-qətimkan tədbiri seçiləcək.
Araşdırma zamanı məlum olub ki, miqrant əvvəllər də analoji cinayət törətdiyinə görə məsuliyyətə cəlb edilib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB